Əlaqə Arxiv
news Image
2020.08.11
10:56
| A A A
Masallıda gənc oğlanlar və qızlar arasında şahmat yarışı üzrə onlayn qaydada keçirilən rayon birinciliyinin qalibləri mükafatlandırıldı
20-21 iyul 2020-ci il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat məktəbinin birgə təşkilatçılığı ilə gənc oğlan və qızlar arasında onlayn qaydada keçirilən "Masallı Gənclər Paytaxtı 2020" seçilməsi ilə əlaqədar olaraq şahmat yarışı üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb. Mükafatlandırılma mərasimində çıxış edən Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov idmançıları təbrik etmiş onlara gələcək işlərində uğurlar arzulayarq həmişə Azərbaycan Respublikasının üçrəngli Bayrağını uca zirvələrdə dalğalandırmağı dilədi. Məlumat üçün qeyd edək ki, Onlayn qaydada gənc oğlan və qızlar arasında keçirilən şahmat yarışında: Oğlanlar arasında: Bəşirov Mircavad Mirtəbib oğlu birinci yerə, Talıbzadə Mirseyidəli Araz oğlu ikinci yerə , Dadaşov Dadaş İbrahim oğlu üçüncü yerə layiq görülmüşlər.Qızlar arasında: Ağacanova Lalə Rauf qızı birinci yerə, Quliyeva Zeynəb Ruhil qızı ikinci yerə, Sadıqzadə Səma Kənan qızı üçüncü yerə layiq görülmüşlər. Yarışda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırıldı. ƏLİHÜSEYN ŞÜKÜROV
Sizin Reklam Yeriniz