Əlaqə Arxiv
news Image
2020.09.19
22:00
| A A A
Keşlə azlıqda qalan Qəbələ ilə bacarmadı

Azərbaycan Premyer Liqasında III tura start verilib.

Goal.az xəbər verir ki, turun açılış matçında Qəbələ Keşlə ilə qarşılaşıb. Qəbələ şəhər stadionunda keçirilmiş görüş qolsuz tamamlanıb - 0:0. Baş hakim Rəşad Əhmədov 67-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Nikolas Rayseli ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıb. Lakin qonaq komanda say üstünlüyündən yararlana bilməyib.

Bununla da Keşlə ardıcıl ikinci matçından qolsuz ayrılıb. Bununla belə, Yunis Hüseynovun baş məşqçi olduğu kollektiv xalını 5-ə çatdıraraq, vahid liderə çevrilib. Bu mövsüm öz meydanındakı ikinci görüşünü də heç-heçə ilə ayrılan Qəbələ isə 2 xalla 7-ci pillədə qalıb.

Sizin Reklam Yeriniz