Əlaqə Arxiv
news Image
2020.09.21
16:01
| A A A
Milan-ın oyununa azarkeşlər buraxılacaq

Bu gün Milan A Seriyasında yeni mövsümün ilk oyununa çıxacaq.

Goal.az xəbər verir ki, Bologna ilə San Siro-da keçiriləcək görüşə azarkeşlər də buraxılacaq. Bu, pandemiya dövründə A Seriyasında ilk belə haldır.

Min nəfər azarkeşin oyunu tribunadan izləməsinə icazə verilib. Milan həkimlər və digər səhiyyə işçilərini matça dəvət edib. Lombardiyanın müxtəlif tibbi müəssələrinin işçilərinə bilet paylandığı bildirilir. Bu, klubun koronavirusla mübarizədə göstərdikləri xidmətlərinə görə həkimlərə minnətdarlığıdır.

Futbolçuların ailə üzvlərinə və klubun tibbi işçilərinə də bilet paylanılıb.

Qeyd edək ki, Milan – Bologna oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Sizin Reklam Yeriniz