Əlaqə Arxiv
news Image
2020.09.24
09:50
| A A A
Çempionlar Liqasının qalibi turnirdən kənarlaşdırıldı

Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandası Asiya Çempionlar Liqasından kənarlaşdırılıb.

Mövqe.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qərar Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əhli" komandası ilə qarşılaşmanın baş tutmamasından sonra verilib. Çünki Riyad təmsilçisi start heyətə 9 oyunçu və ehtiyata 2 qapıçı daxil edib. Qaydalara görə, matçın iştirak ərizəsində ən azı 13 futbolçu olmalıdır. 

Asiya Çempionlar Liqasının hazırkı qalibində futbolçuların çoxu koronavirusa yoluxub. Hazırda 27 futbolçu və məşqçi karantindədir. 

"Əl-Hilal" və Səudiyyə Ərəbistanı Futbol Federasiyası matçın təxirə salınmasını xahiş edib. Lakin Asiya Futbol Konfederasiyası bunun turnir cədvəlinə mənfi təsir göstərəcəyini əsas gətirərək istisnaların olmayacağını bildirib. 

Beləliklə, Çempionlar Liqasının 1/8 finalına Özbəkistanın "Paxtakor" və Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əhli" komandaları yüksəlib.

Sizin Reklam Yeriniz