news Image
2013.08.12
17:23
| A A A
"Bu oyun bizim üçün vacibdir"

Bu gün "Sheraton Baku Airport Hotel"də Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun Azərbaycan və Malta milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununa həsr olunmuş mətbuat konfransı təşkil olunub. B.Foqtsun səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq: "Malta yığması ilə oyun bizim üçün çox vacibdir. Futbolçuları iş başında görmək, onların beynəlxalq oyun təcrübəsinin yüksəlməsi baxımından bu qarşılaşmanın əhəmiyyəti böyükdür. Lüksemburq yığması ilə qarşılaşmada bir çox əlverişli epizodda qol vura bilmədik. Bu problemin aradan qaldırılması üzərində çalışacağıq. Hazırlıq prosesində əsasən cinahlardan təhlükəli hücumların qurulmasını diqqət mərkəzində saxlayacağıq".


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs