Əlaqə Arxiv
news Image
2013.08.14
19:30
| A A A
Azərbaycan futbolunun inkişafı üçün mühüm addımlar atılır

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ölkə futbolunun inkişafı ilə bağlı mühüm qərarlar qəbul edib.

Trend-in məlumatına görə, assosiasiyanın rəsmi saytında bildirilib ki, AFFA İcraiyyə Komitəsinin keçirilən iclasında bir sıra qərarlar qəbul olunub.

Belə ki, Gəncənin "Kəpəz" klubunun Birinci Divizionda iştirakının təmin edilməsi və AFFA İcraiyyə Komitəsinin üzvü İskəndər Cavadovun kluba AFFA tərəfindən kurator təyin olunması barədə qərar qəbul olunub.

 

Həmçinin Naxçıvan futbolu ilə bağlı da qərar qəbul olunub. "Araz" (Naxçıvan) klubunun Birinci Divizionda çıxışı ilə bağlı müraciəti təmin edilib və klubların "Araz" klubu ilə səfər oyunu üçün Naxçıvana gediş-gəliş xərci AFFA tərəfindən ödəniləcək.

2013/2014-cü il mövsümündən başlayaraq Birinci Diviziondan Azərbaycan Premyer Liqasına 1 komanda yüksələcək, müvafiq olaraq, Azərbaycan Premyer Liqasından Birinci Diviziona bir komanda düşəcək.

 

Uşaq futbolunun inkişafı ilə bağlı AFFA U-12 Liqasının yaradılması barədə qərar qəbul edib.

Qərarlarda əks olunub ki, AFFA-nın bayrağı altında keçirilən müxtəlif yaş qruplarından ibarət liqalarda bütün uşaq komandalarının baş məşqçiləri minimum C lisenziyalı məşqçi kateqoriyasına malik olmalıdırlar. Kurslarda təhsil haqqı AFFA tərəfindən ödəniləcək. Bunun üçün 6 ay müddət nəzərdə tutulur.

Sizin Reklam Yeriniz