news Image
2013.08.20
13:35
| A A A
AFFA klubları cəzalandırıb

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az-ın məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının III turunda baş verən neqativ hallara hüquqi qiymət verilib.  


"Neftçi" ilə oyunda 4 futbolçusu sarı vərəqə ilə cəzalanan "Simurq" 1000 manat cərimə olunub. 42-ci dəqiqdə sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulan bakılıların müdafiəçisi Elvin Yunuszadə 1 oyunluq kənarlaşdırılıb, komandasını 200 manat ziyana salıb. "Neftçi" 8, 31 və 73-cü dəqiqələrdə azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə olunduğu üçün daha 1000 manat ödəməlidir.


AZAL-la oyunda 5 futbolçusu sarı vərəqə alan "İnter", "Sumqayıt"la görüşdə 4 üzvü xəbərdarlıq olunan "Qəbələ" hərəyə 1000 manat cərimə olunub. Sonuncular oyunun 61-ci dəqiqəsində qırmızı vərəqə alan Vladimir Levinə görə də 200 manat ödəməli olacaq. Komandanın kapitanı isə 1 oyunluq kənarlaşdırılıb.


"Xəzər Lənkəran"la "Qarabağ"la matçın 26-cı dəqiqəsində azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə olunduğu üçün Ağdam təmsilçisi meydan sahibi kimi 1000 manat xərcə düşüb.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs