news Image
2013.08.26
11:11
| A A A
Məşhur futbolçu Messi çürüyür?

Messinin sol ikibaşlı bud əzələsinin vətərində çürümə olduğu deyilir

Kataloniyanın "Barselona" klubunun argentinalı forvardı Lionel Messinin son zamanlar tez-tez zədələnməsi çoxlarını narahat etməyə başlayıb.

Mövqe.az Habertürk-ə istinadən bildirir ki, "Atletiko" Madridlə Superkubok uğrunda ilk oyunda zədələnən Messinin sahədə olduğu zaman tez-tez yanını ovxalaması nəzərdən qaçmayıb. Həmin oyunda Sesk Fabreqasla əvəzlənən futbolçu "Barselona" və Argentina millisinin formasında sahəyə çıxdığı son 25 oyunun yalnız birində 90 dəqiqə oynaya bilib.

"Barselona"dan verilən açıqlamada Messinin sol ikibaşlı bud əzələsinin vətərində çürümə olduğu deyilir. Son oyunda aldığı zədədən ağrıları daha da artan Messinin sağlıq durumundan həkimlər heç də ümidli deyillər.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs