news Image
2012.05.20
19:30
| A A A
“Çelsi” qalib oldu

Movqe.Az xəbər verir ki, Münhendə Çempionlar Liqasının finalı başa çatdı. Londonun "Çelsi" klubu həlledici oyunda yerli "Bavariya"nı məğlub edərək, Avropanın ən nüfuzlu klub turnirinin qalibi olub.

Oyunun əsas vaxtı 1:1 hesablı heçə-heçə ilə nəticələnib. "Bavariya" bütün oyunboyu üstünlüyə malik olub. Münhen klubu Petr Çexin qoruduğu qapıya 20-dən çox zərbə vurub, 20-yə yaxın küncdən zərbə qazanıb. Lakin "Bavariya" yalnız oyunun 83-cü dəqiqəsində fərqlənib. Hesabı Tomas Müller açıb. Bu, Çempionlar Liqasının qalibi olmaq üçün kifayət etməyib. 88-ci dəqiqədə Didye Droqba küncdən zərbədən sonra hesabı bərabərləşdirib və oyunu əlavə hissələrə aparıb. Əlavə hissələrdə də klublardan heç biri fərqlənə bilməyib.


Penaltilərdə isə "Çelsi" daha dəqiq oynayıb. Londonlular dörd, "Bavariya" isə gəmi üç penaltidən fərqlənə bilib. Penalti zərbələrində həlledici anda Bastian Şvaynştayger topu qapı dirəyinə vurub. Didye Droqba isə şansı əldən verməyib.