news Image
2014.02.16
22:15
| A A A
XXII Soçi Qış Olimpiya Oyunlarının onuncu günü fiqurlu konkisürmə üzrə Azərbaycan cütlüyü mübarizəyə başlayacaq
Soçidə XXII Qış Olimpiya Oyunları davam edir. Olimpiya Oyunlarının onuncu günündə beş idman növündə qaliblər müəyyənləşəcək. Atletlər biatlon yarışlarında 15 kilometr məsafəyə yürüş, dağ xizək yürüşü (superqiqant), xizək estafet yürüşü (ancaq kişilər), konkidə 1500 metr məsafəyə yürüş və snoubord-kross (hər ikisi qadınlar) idman növlərində birincilik uğrunda yarışacaqlar. Həmçinin bu gün cütlüklər arasında fiqurlu konkisürmə üzrə yarışlar da start götürəcək. Olimpiya Oyunlarının onuncu günü fiqurlu konkisürənlər qısa proqramla çıxış edəcəklər. Azərbaycan idmançıları Yuliya Zlobina – Aleksey Sitnikov cütlüyü də mübarizəyə qoşulacaqlar. Bu yarışda 24 cütlük birincilik uğrunda çıxış edəcək. ABŞ-ı təmsil edən Meril Devis – Çarli Uayt və kanadalı cütlük Tessa Virçu – Skott Moyr favorit hesab olunurlar. 17-də sərbəst proqramla yarışacaq Yuliya Zlobina – Aleksey Sitnikov cütlüyü 13-cü nömrə altında çıxış edəcək.