news Image
2014.02.16
22:26
| A A A
Olimpiadada ən çox qızıl medalın sahibi
Almaniya millisi XXII Soçi Qış Olimpiya Oyunlarının medal sıralamasında birinci pillədəki mövqeyini davam etdirir. Movqe.az xəbər verir ki, 88 ölkədən 2 min 800-dən artıq idmançının qatıldığı Olimpiya Oyunlarında Almaniya millisinin hesabında 7 qızıl, 3 gümüş və 2 bürünc medal var. Norveç yığması 14 medalla (5-3-6) ikinci, İsveçrə millisi isə 7 medalla (5-1-1) üçüncü pillədə qərarlaşıb. XXII Qış Olimpiya Oyunlarında artıq 26 ölkədən idmançılar medal qazanmışlar. Qeyd edək ki, Olimpiya Oyunlarına fevralın 23-də yekun vurulacaq.