Əlaqə Arxiv
news Image
2014.03.03
10:16
| A A A
Gimnastlarımız "Qran-pri Moskva 2014"-ün gümüş medallarını qazanıblar

Moskvanın "Dostluq" idman kompleksində bədii gimnastika mövsümünün açılışı bazar günü möhtəşəm konsertlə başa çatıb. Yeniyetmələrin və böyüklərin yarışı üç gün ərzində davam edib. Movqe.az-ın məlumatına görə, bu barədə "Vestnik Kavkaza" yazır.

Üçgünlük turnirlərin sonuncusu olan 20-ci "Qran-pri Moskva 2014" yubileyi çərçivəsində həm fərdi (top və halqa), həm də komanda (3 lent və 2 top, həmçinin 10 gürzlə hərəkətlər) hesabında yarışlarda mükafatçılar müəyyənləşib. Komanda hesabında hər iki hərəkətlərdə birinci yeri Rusiya yığması tutub, hakimlər xüsusilə 3 lentlə və 2 topla hərəkətlərdə rusiyalıların çıxışını yüksək qiymətləndirib, onlara 17,833 bal veriblər.

Azərbaycan yığması gün ərzində ikinci medalı qazanmaqla böyük müvəffəqiyyət əldə edib.

Azərbaycan gimnastları dahi Müslüm Maqomayevin "Mavi əbədiyyət" əsərinin sədaları altında o qədər gözəl çıxış ediblər ki, hakimlər onlara bir neçə saat əvvəl 10 gürzlə qrup hərəkətlərdə olduğu kimi, layiqli bal veriblər. Yekunda azərbaycanlı gimnastlar 16,95 balla gümüş medal alıblar.

"Qran-pri Moskva 2014" turnirinin fərdi yarışlarında rusiyalı Marqarita Mamun topla və halqa ilə hərəkətlərdə iki qızıl medal qazanaraq birinci olub.


Ümumilikdə Moskvada bədii gimnastika mövsümünün açılışı Avropa və ABŞ-dan Afrikaya qədər dünyanın ən müxtəlif ölkələrinin gimnastlarının heyrətamiz ustalığı ilə yanaşı, hakimlərin qeyri-obyektiv qiymətləndirmələri nəticəsində yaranan xoşagəlməz anlarla da yadda qalıb. "Qran-pri"nin 10 gürzlə qrup yarışlarını misal göstərmək kifayətdir.

Xatırladaq ki, turnirdə rusiyalılar birinci, bolqarlar ikinci, azərbaycanlılar isə üçüncü yeri tutublar.

Turnirin bayram əhval-ruhiyyəsini pozan Azərbaycan yığmasının ilk qiymətləndirilməsi olub. Azərbaycan komandası tam məharətini göstərərək heç bir səhvə yol verməsə də, aşağı ballar alıb. Lakin hakimlər digər komandaların hamısına belə kəskinliklə yanaşsaydı, yarışların sonunda ədalətsizlik belə hiss olunmazdı. Necə deyərlər, "evdə divarlar da kömək edir". Rusiya gimnastları müəyyən səhvlər buraxmalarına və orta səviyyədə çıxışlarına baxmayaraq, birinci yeri tutublar.

Sizin Reklam Yeriniz