news Image
2014.03.06
19:45
| A A A
200 milyon avroluq futbolçu

Ərəb klub rəhbəri ulduz futbolçunu almaq istəyir

"Barselona"nın çempionlar Liqasındakı rəqibi "Mançestr Siti" Messini almaq istəyir. Bunun üçün klub 200 milyon avronu verməyi planlaşdırır. 

İspaniya mətbuatında yer alan məlumata görə, "Mançestr Siti"nin sahibi Şeyx Mansur bin Zayed al Nahyanın argentinalı ulduzun anası və meneceri ilə danışıqlar aparmağa hazırlaşır. 


Messi ilə maraqlanan ikinci komanda da ərəb sərmayəsi olan PSJ-dir. Bu klubda Messinin transferi ilə yaxından maraqlansa da, Fransadakı 75 faizlik vergi sistemindən sonra geri addım atıb. 


"Barselona" Başkanı Bartemou ötən gün açıqlama verərək ulduz oyunçunun satılmadığını və kariyerasının sonuna kimi İspaniya klubunda oynayacağını açıqlamışdı. O, hətta messini ən çox qazanan futbolçu edəcəklərini belə demişdi.