news Image
2012.06.25
15:40
| A A A
Gənc futbolçu dünyasını dəyişdi
Movqe.Az bildirir ki, Xərçəng xəstəliyindən müalicə alan ispan futbolçu Miki Roque dünyasını dəyişib. 23 yaşlı gənc futbolçu, 2011-ilin yanvar ayından bəri omba sümüyü bölgəsində çıxan şiş səbəbiylə müalicə alıb. Xəstəliyi səbəbi ilə 2011-ci ilin mart ayında futbolu buraxan Roque, müalicəsinin davam etdiyi  Barselonadakı "Dexeus" klinikasında vəfat edib. Futbola Katalonya bölgəsinin "UE Lleida" komandasında oynayaraq başlayandan sonra Liverpul komandasına transfer olan gənc  Roque, qısa davam edən kariyerasında "Oldham Athletic", "Xerez", "Cartagena" və "Real Betis" komandalarının formalarını geyinib. Roquenin ölümü, ispan futbolunda dərin kədər yaradıb və Avropa Çempionatında mübarizə aparan İspaniya Milli Komandasından  bir çox futbolçu, başsağlığı mesajı göndərib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs