news Image
2014.05.01
11:03
| A A A
Dünya Kubokunda 150-yə yaxın idmançı iştirak edəcək

Azərbaycanda idman dırmanması üzrə 3-4 may 2014-cü il tarixlərində keçiriləcək növbəti Dünya Kuboku yarışında dünyanın 22 ölkəsindən 150-yə yaxın idmançı iştirak edəcək. 


Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2 gün davam edəcək beynəlxalq yarışda idmançılar iki növ üzrə - çətinlik (boulderinq) və sürət üzrə qüvvələrini sınayacaqlar. Dünya kuboku yarışının yeniyetmə və gənclərin daha sıx toplaşdığı Dənizkənarı Milli Parkda, Dövlət Bayraq Meydanında insanların sərbəst tamaşa edə bilməsi şəraitində keçirilməsi yarışların hər kəs tərəfindən izlənilməsinə şərait yaradacaq. 


Xatırladaq ki, ölkəmizin yüksək idman şöhrəti, xüsusilə də Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının fəaliyyəti Beynəlxalq İdman Dırmanması Federasiyasının (IFSC) nümayəndələri tərəfindən təqdirəlayiq hesab edilərək Azərbaycanda ilk dəfə idman dırmanması üzrə Dünya kuboku yarışı 22-23 iyun 2013-cü il tarixlərində keçirilmişdi. 


Qeyd edək ki, idman dırmanması üzrə Dünya kuboku yarışı FAIREX və IFSC-nin birgə təşkilatçılığı ilə keçirilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs