Əlaqə Arxiv
news Image
2014.05.08
12:25
| A A A
400-cü qol

Topaz Premyer Liqasında 2013/14 mövsümünün 400-cü qolu vurulub.Movqe.az  PFL-nın rəsmi sayıtına istinadən xəbər verir ki, yubiley qolu "Rəvan"la "Simurq" arasındakı matçda qeydə alınıb. Oyunun 26-cı dəqiqəsində penaltidən vurduğu topla paytaxt təmsilçisinə 1:0 hesablı qələbə qazandıran Xuan Manuel Varea 34-cü turun və günün 8-ci qoluna imza atıb. Əvvəlki 33 turda 392 qol vurulduğundan "Rəvan"ın argentinalı legionerinin topu cari mövsümün 400-cü qolu olub. 


Maraqlıdır ki, 300-cü qol da bu komandaların oyununda  vurulmuşdu. 3-cü dövrənin 25-cı turuna təsadüf edən oyunda Rəşad Eyyubov "Rəvan"ı məyus etməklə yubiley qoluna imza atmışdı.

Sizin Reklam Yeriniz