Əlaqə Arxiv
news Image
2014.05.08
12:39
| A A A
17-ci təmsilçimiz

2014/15 mövsümündə Azərbaycanı avrokuboklarda təmsil edəcək 4 komandadan üçü müəyyənləşib. Movqe.az  PFL-na  istinadən xəbər verir ki, Topaz Premyer Liqasının 34-cü turunda "Bakı"nı 3:1 hesabı ilə məğlub edən "Qəbələ" qitə miqyaslı turnirlərə 3-cü vəsiqənin sahibi olub. Bunadək isə "Qarabağ"la "İnter" "dördlük"də yerini təmin etmişdi. Sonuncu 4-cü vəsiqə isə "Neftçi" ilə "Bakı" klublarından birinə qismət olacaq.



 Xatırladaq ki, 3-cü vəsiqənin sahibi olan "Qəbələ" isə tarixində ilk dəfə avrokuboklarda çıxış edəcək. Əsası 2005-ci ildə qoyulan klub 9 yaşında qitə səhnəsinə çıxmaq hüququ əldə edib. Əyalət təmsilçisi avrokuboklarda çıxış edəcək 17-ci Azərbaycan klubu olacaq. Belə ki, indiyədək 16 komandamız ölkəmizi avrokuboklarda təmsil etmək imkanı qazanıb.


Bunlar paytaxt təmsilçiləri "Neftçi", "Bakı" (əvvəlki "Dinamo"), "İnter" (əvvəlki "Xəzər Universiteti"), "Bakı fəhləsi", AZAL (əvvəlki "Olimpik"), "Xəzri", "Şəfa", həmçinin "Qarabağ", "Kəpəz", "Karvan", "MKT-Araz", "Şəmkir", "Simurq", "Xəzər Lənkəran", "Turan" və "Viləş" komandaları olub.

Sizin Reklam Yeriniz