news Image
2014.05.08
12:42
| A A A
Əfsanəvi basketbolçu: Uşaqlıqda irqçi olmuşam

Dünya tarixinin ən yaxşı basketbolçusu Maykl Cordan uşaqlıqda irqçi olduğunu etiraf edib.  Movqe.az Apasport.az saytına istinadən xəbər verir ki,  hazırda "Şarlot Bobkets" klubunun sahibi olan Cordanın bu etirafı yenicə işıq üzü görən "Maykl Cordan: Mənim həyatım" kitabından götürülüb.

 

Cordan bildirib ki, uşaqlığı Şimali Karolina ştatında keçib və orada Ku-kluks-klan ultrasağçı təşkilat at oynadırmış. Cordan basketboldan əvvəl beysbol oynayıb və komandadakı iki ağdərili uşaqdan biri olub. O, özünü həmişə ikinci dərəcəli inan hesab edirmiş və bundan hirslənirmiş. 1977-ci ildə isə qızlardan birinin irqi zəmində onun ünvanına işlətdiyi kobud söz isə onu özündən çıxarıb: "Mən ona qazlaşdırılmış su bankası atdım. Mən həqiqətən üsyan edirdim. Mən həmişə özümü irqçi hesab edirdim. O zaman bütün ağ insanlara qarşı idim".