Əlaqə Arxiv
news Image
2014.05.08
14:33
| A A A
Məşhur tennisçinin ikinci dəfə əkiz övladları doğuldu

Məşhur isveçrəli tennisçi Roce Federer yenidən ata olub. Movqe.az  Apasport.az saytına istinadən bildirir ki , Federar artıq 4 uşaq atasıdır.

 

Rocerin həyat yoldaşı Miroslava əkiz uşaq dünyaya gətirib. Bu dəfə oğlan uşaqları olan əkizlərə Leo və Leni adı qoyulub. Federerin ailəsində ilk əkizlər 2009-cu ildə dünyaya gəlib. Əkiz qızlara Şarlin Riva və Mila Rouz adları qoyulub.

 

Federer məsuliyyətli anda həyat yoldaşının yanında olmaq üçün Madriddə keçirilən Masters turnirində iştirakdan imtina edib.

 

Federer və çex mənşəli İsveçrə tennisçisi Miroslava Vavrinets 2000-ci il Sidney Olimpiadası zamanı tanış olublar. Miroslava 2 il sonra zədələnərək, böyük idmanı tərk edib.

 

Sizin Reklam Yeriniz