Əlaqə Arxiv
news Image
2014.05.10
19:06
| A A A
"Qalatasaray" Aleksi alır
"Qalatasaray" braziliyalı futbolçu Aleksi transfer etmək istəyir.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, mövsüm bitmədən transfer işlərinə sürət verən "sarı-qırmızılı"lar bu mövsüm sonu sərbəst qalacaq olan "PSJ"nin müdafiəçisi ilə danışıqlar aparır. "Qalatasaray" rəhbərliyinin 32 yaşındakı oyunçu ilə böyük ölçüdə razılığa gəldiyi bildirilib.

"Sarı-qırmızılılar"ın liqa bitdikdən sonra braziliyalı oyunçuyla bir dəfə daha görüşüb transferi sonlandırması gözlənilir. Ancaq "Qalatasaray" baş məşqçisi Roberto Mançinin klub prezidenti Ünal Aysala verdiyi transfer siyahısında Aleksin olmadığı bilinir. "Qalatasaray"ın bu transfer istəyi baş məşqçinin postundan gedə biləcəyi ehtimallarını artırır.

Qeyd edək ki, təcrübəli müdafiəçi Aleks "PSJ"dən əvvəl "Santos", "PSV" və "Çelsi" kimi klublarının formasını geyinib.
Sizin Reklam Yeriniz