news Image
2014.05.13
13:35
| A A A
Beynəlxalq Futbol Könüllülüyü Forumu keçiriləcək

Mayın 19-da, saat 10.00-da, Abşeron Marriott otelin Şərq zalında Bakıda ilk dəfə Beynəlxalq Futbol Könüllülüyü Forumu keçiriləcək.

Movqe.az AFFA-ya istinadən xəbər verir ki, forumun əsas məqsədi həm Azərbaycan, həm də beynəlxalq səviyyədə futbol könüllülüyünün inkişaf etdirilməsi və  regional təcrübələrin paylaşılmasıdır.


Forumda 8  ölkədən 9 beynəlxalq səviyyəli spiker çıxış edəcək. Spikerlərin mövzusu müxtəlif dövrlərdə keçirilmiş tədbir və layihələrdən qazanılmış təcrübələri forum iştirakçıları ilə bölüşmək olacaq. İştirakçı qismində azərbaycanlı könüllülərlə yanaşı Polşa, Çin və Türkiyədən də könüllülər iştirak edəcək.

Qeyd edək ki, Azərbaycanda 2012-ci ildə keçirilmiş FIFA U-17 Qadınlararası Dünya Çempionatından sonra daha da inkişaf etmiş futbol və idman könüllülüyü imkanları sayəsində yüzlərlə gənc uğur qazanıb.

Forumda AFFA-nın  tərəfdaşı Azərbaycan Respublikası Təhsil Nazirliyi, dəstəkçiləri isə SOCAR, Bakcell və AccessBank-dır.