Movqe.az goal.com-a istinadən bildirir ki, Almaniyanın "Bayer Leverkuzen" klubu "Hamburq"da oynayan türk futbolçu Hakan Çalhanoğlunun transfer etmək iddiasındadır. Hətta "Bayer Leverkuzen " rəhbərliyinin məsələylə bağlı olaraq kluba müraciət ünvanladığı da bildirilir və Çalhanoğlunun bu mövsüm klubla olan razılıq sözləşməsini bitirməsini istəyirlər.
Futbolçunun meneceri Bektaş Dəmirtaş "Bild" qazetinə bu haqda
verdiyi müsahibədə bildirib ki, Çalhanoğlunun "Bayer Leverkuzen"ə
gəlməsi üçün çox çalışırlar.
Lakin digər tərəfdən Hakanın ingilis klublarıdan
"Mançestir Siti" və "Çelsi"nin də maraq dairəsində olduğu
bildirilir. Ancaq bu transferin bir o qədər də
inandırıcı hesab olunmadığı qeyd olunur.
Xatırladaq ki, bundesliqada çıxış etdiyi ilk mövsümdə 31 oyunda 11 qol vuran Çalharoğlu "Hamburq" ilə 2018-ci ilə qədər müqavilə imzalayıb.