Əlaqə Arxiv
news Image
2014.06.03
15:43
| A A A
Sabine Kehm: "Mixaelin sağlamlıq vəziyyəti barədə heç bir açıqlama verməmişəm və vermirikdə"

Formula 1 yarışının əfsanəsi Mixael Şumaxerin xanımı Sabine Kehm, alman pilotun sağlamlıq vəziyyəti ilə bağlı,  mediyada yayımlanan yanlış xəbərlərlə bağlı açıqlama verib.


Movqe.az fanatik.coma istinadən xəbər verir ki, Sabine Kehm pilotun durumu ilə bağlı heç bir jurnalistə açıqlama vermədiyini bildirib.


Belə ki, "Mundo Deportivo" adlı İspan internet saytında, pilotun durumu ilə bağlı yayımlanan məqalənin (Şumaxerin şüuru yerinə gəldiyi və ətrafındakı olan bitəni anlaya bilir) Sabine Kehm tərəfindən bildirildiyi yer almışdı.


Lakin heç bir jurnalistlə görüşmədiyini qətiyyətlə bildirən Kehm, bu xəbərin həqiqət olmadığını bildirib:


"Mən həmin saytın heç bir əməkdaşı ilə görüşməmişəm. Birbaşa heç bir bağlantımız olmayıb. Mixaelin sağlamlıq vəziyyəti barədə heç bir açıqlama verməmişəm və vermirikdə." deyib.


Qeyd edək ki, ötən ilin dekabr ayının sonunda Fransada keçirdiyi xizək qəzasında şüurunu itirən Şumaxer, o vaxtdan bu yana beş ay müddətdir ki, Grenoble xəstəxanasının reanimasiya şöbəsində komada tutulur.


Sizin Reklam Yeriniz