Əlaqə Arxiv
news Image
2014.06.03
16:10
| A A A
ÇL-nın ən yaxşı 18 futbolçusu bəlli oldu

UEFA 2013/2014 mövsümünün ən yaxşı 18 futbolçunun adını açıqlayıb.


Movqe.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, siyahıda 2 qapıçı, 5 müdafiəçi, 6 yarımmüdafiəçi və hüçümçu  yer alıb.


ÇL-nın son finalçıları "Atletiko"dan 4, "Real"dan 7 futbolçu ən yaxşılar sırasında yer alıb.


Qapıçılar: Tibo Kurtua ("Atletiko"), Manuel Noyer ("Bavariya")


Müdafiəçilər: Dieqo Qodin ("Atletiko"), Flipp Lam ("Bavariya"), Daniel Karvaxal, Pepe, Serxio Ramos (hər üçü "Real"),


Yarımmüdafiəçilər: Qabi ("Atletiko"), Andres İnyesta ("Barselona"), Toni Kroos ("Bavariya"), Anxel di Mariya, Luka Modriç, Xabi Alonso (hər üçü "Real")


Hücumçular: Marko Roys ("Borussiya"), Dieqo Kosta ("Atletiko"), Aryen Robben ("Bavariya"), Zlatan İbrahimoviç (PSJ), Kriştiano Ronaldo ("Real)


Sizin Reklam Yeriniz