Əlaqə Arxiv
news Image
2014.06.03
20:18
| A A A
Messi : "İnsanlar daim məndən niyə İspaniya millisində oynamadığımı soruşur"

"Barselona"nın Argentinalı ulduzu Lionel Messi həyatı ilə bağlı yazdığı kitabda, keçmişdə barəsində bəhs olunan fikirlərə, gələcəkdə arzusuna çatmaq istədiyi işlərlə cavab verəcəyi ifadələri ilə yer alıb.


Movqe.az fanatik.com-un İspan "Marka"nın yaydığı xəbərə istinadən bildirir ki, ulduz futbolçu özəl həyatı ilə bağlı yazdığı "Vətənpərvər" adlı kitabda yazdığı açıqlamasında bildirib ki:

"Uşaqkən Argentina Futbol Federasiyası tərəfindən milli komandaya dəvət almağı arzulayardım. Rəsmi olaraq İspaniya millisində çıxış etmək təklifidə edilirdi, amma hər zaman ölkəmin komandasında oynamaq istədiyimi söylədim. Çünki üstümdə görmək istədiyim rənglər, Argentina bayrağının rəngləri idi."deyə qeyd edib.


Kitabda, uşaq vaxtı çox tənqid olunduğunu, amma bunlara futbol meydanında cavab verəcəyini, qarşısına məqsəd qoyduğunu bildirən Messi, "Xalqımı sevindirmək istəyirəm. Çünki Argentina mənim ölkəm, ailəm və gələcəyimin parlaq səhfəsidir. İnsanlar daim, məndən niyə İspaniya millisində oynamadığımı soruşur. Cavab sadədir:  Ölkəmdə haqqımda yanlış düşünülən  fikirlərə tutarlı cavab vermək üçün." ifadələri yer alıb.

Sizin Reklam Yeriniz