Əlaqə Arxiv
news Image
2014.06.04
12:47
| A A A
Frank Lempard: "İrəliyə doğru getməyim üçün, bu ayrılıq qərarını verməyim məni olduqca rahatlandırıb desəm yanılmaram."

13 illik karyerasına son qoyan "Çelsi" zadəganı Frank Lempard, klubdan ayrıldıqdan sonra rahatlandığını bildirib.


Movqe.az fanatik.com-a istinadən xəbər verir ki, təcrübəli müdafiəçi ötən gün ingilis mətbuatına verdiyi açıqlamasında "Çelsi"dən ayrıldığını bildirdi.


Futbolçu İngiltərənin Ekvadorla yoldaşlıq oyunu matçı öncəsi, jurnalistlərə verdiyi açıqlamasında, "Bəli çətin bir qərar oldu mənim üçün, ancaq həyat davam edir. 13 illik karyeramda bu klub mənim həyatımın bir parçası oldu.  Bu haqda "Çelsi"li tərəfdarlar məndən dəqiq məlumat istəyirlər və mən bu verdiyim gözlənilməz qərarım haqda onlara geniş açıqlama verəcəyimə söz verirəm. Bu an isə bütün gücüm və fikrimlə mundiala fokuslanmış vəziyyətdəyəm. İrəliyə doğru getməyim üçün, bu ayrılıq qərarını verməyim məni olduqca rahatlandırıb desəm yanılmaram." dedi.


İngiltərə yığmasının həyəcan verici bir heyəti olduğunu deyən veteran futbolçu, "Bu cür güclü heyətdə yer almaq mənim üçün böyük qürur hissidir. Sürətli və çoşğulu bir İngiltərə heyətində yer aldığım üçün çox xoşbəxtəm." dedi.


Qeyd edək ki, 2001-ci ildə "Vest Ham Yunayted"dən "Çelsi" klubuna 11 milyon avroya transfer olunan Lempard, "Mavilər"lə 3 ölkə  çempionluğunu, 2012-ci ildə UEFA çempionlar liqasını, 2013-cü ildə Avro Liqa çempionluğunu yaşadı.  Klub heyətində 649 matçda forma geydi və 211 dəfə rəqib qapılarına qol vurub.


Sizin Reklam Yeriniz