Bekhem : "Bundan sonra niyə olmasın?"
2012/2013 mövsümündə futbolçu karyerasını başa vuran Devid Bekhem yenidən yaşıl meydanlara qayıda bilər.
Movqe.az xəbər verir ki, Bekhem "BBC"yə açıqlamasında, futboldan ayrıldıqdan sonra, çox çətin dönəm keçirdiyini deyib.
39 yaşlı ulduz futbolçu yenidən futbola qayıtmasını mümkün
olduğunu bildirib:
"Futbolçu karyeramı başa vurduqdan sonra, yetərincə dincəldim. Amma
sonradan bu durumumdan sıxılmağa başladım. "Futbola qayıda
bilərəmmi?"- deyə öz-özümə suallar verməyə başladım. Daha əvvəl həm
klub sahibi və futbolçu olan birini xatırlamıram. Bundan sonra niyə
olmasın?" deyə vurğulayıb.
Qeyd edək ki, D.Bekhem bu il Amerikada şəxsi futbol klubu yaradıb.