news Image
2014.06.07
14:11
| A A A
Döyüşçülərimiz ilk gündə uduzdu
İyunun 6-da "Sərhədçi" İdman Olimpiya Mərkəzində Dünya Boks Seriyası (WSB) Liqasının 20132014-cü il mövsümünün final mərhələsinin ilk görüşü keçirilib. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , həlledici mərhələdə Azərbaycanın "Baku Fires" komandası Kubanın "Cuba Domaderos" kollektivi ilə qarşılaşıb.

Turnirdə Məhəmməd Qurbanov (56 kq, "Baku Fires") Norlan Yeraya, Heybətulla Hacəliyev (64 kq) Yasiner Toledoya qalib gəlib. 

Məhəmməd İbiyev (49 kq, "Baku Fires") Yosbani Veitaya, Xaybula Musalov (75 kq) Arlen Lopezə, Əbdülqədir Abdullayev (91 kq) isə Erislandi Savona məğlub olub.

Beləliklə, ilk görüş "Cuba Domaderos"un 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandalar arasında növbəti görüş iyunun 7-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçiriləcək. 

Qeyd edək ki, iki görüşdən sonra qalib müəyyənləşməsə, 69 kiloqram çəki dərəcəsində Yevgeni Romaşkeviç ("Baku Fires") ilə Arisnoidis Despaigne ("Cuba Domaderos") arasında əlavə döyüş keçiriləcək.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs