Əlaqə Arxiv
news Image
2014.06.14
11:02
| A A A
Messinin ayağını öpdü (FOTO)
Braziliyada təşkil edilən 2014-cü il Dünya Çempionatında iştirak edən Argentina Milli komandasının oyunçuları açıq məşq keçiriblər.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, məşqləri izləyən azarkeşlərdən 10 nəfəri futbolçuların oyununa müdaxilə edib. İcazəsiz meydançaya girən azarkeşlərdən biri komandanın kapitanı Leonil Messinin qarşısında diz çökərək onun ayağını öpməyə başlayıb.

Gözlənilməz hərəkət qarşısında bir anlıq özünü itirən Messi, daha sonra gülümsəyərək azarkeşi qucaqlayıb və ona məşqdə geydiyi formanı hədiyyə edib. Meydançaya girən başqa bir azarkeş isə futbolçuların məşqdə istifadə etdiyi topu götürüb qaçıb. Mühafizəçilər onları meydandan uzaqlaşdırıblar.

Qeyd edək ki, 50 minə qədər Argentinalı azarkeş 2014 Dünya Çempionatında iştirak edən Argentina Milli Komandasını dəstəkləmək üçün Braziliyaya gedib.

Sizin Reklam Yeriniz