Əlaqə Arxiv
news Image
2014.06.15
11:20
| A A A
Çempionatda meydandan qovulan ilk futbolçu
Dünya çempionatının ilk qırmızı vərəqəsi qeydə alınıb.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Braziliyada keçirilən futbol üzrə dünya çempionatında "D" qrupunun ilk matçı olan Uruqvay ilə Kosta-Rika komandaları qarşılaşmasında builki ilk qırmızı vərəqə göstərilib. Meydandan qovulan ilk futbolçu isə uruqvaylı Maksi Pereyra olub.

O, Kosta Rika ilə matçın 90+4-cü dəqiqəsində qırmızı vərəqə alıb. Qarşılaşmanın alman hakimi Feliks Brix Pereyranı meydandan Uruqvay 1:3 hesabı ilə uduzan zaman meydandan qovub. Matç bu hesabla da başa çatıb.

Qeyd edək ki, dünya çempionatının ilk sarı vərəqəsi və qolu braziliyalı Neymarın, ilk avtoqolu onun komanda yoldaşı Marselonun aktivindədir.
Sizin Reklam Yeriniz