Əlaqə Arxiv
news Image
2014.07.25
17:30
| A A A
SOCAR "Monaco"nun sponsuru olacaq

Dövlət Neft Şirkəti (Socar)  "Monaco" klubunun sponsuru ola bilər.


Movqe.az Goal.az-a istinadən xəbər verir ki, Azərbaycan şirkətinin Fransa Liqası 1-də çıxış edən "Monaco" klubuna sponsurluq edəcəyi bildirilir.


Fransa təmsilçisinin nümayəndələrinin yaxın günlərdə, məsələni müzakirə etmək üçün Bakıya gələcəyi deyilir.


Qeyd edək ki, klub bu haqda təklifini "SOCAR"a 2-3 ay bundan öncə ünvanlamışdı ki, Dövlət neft şirkəti də öz növbəsində danışıq üçün qarşı tərəfi ölkəmizə dəvət edib.


Xatırladaq ki, bir neçə gün öncə "SOCAR"ın İstanbulun "Galatasaray" klubuna sponsurluq  edəcəyi ilə bağlı xəbərlər yayılmışdı. Ancaq şirkət rəsmisi verdiyi açıqlamasında bu məlumatın yalan olduğunu bildirmişdi.

Sizin Reklam Yeriniz