news Image
2014.07.25
16:37
| A A A
Federal Məhkəmə "Fenerbahçe"nin tələbini rədd etdi

İsveçrənin Federal Məhkəməsi  "Fenerbahçe" klubunun şikayətinə baxıb.


Movqe.az Goal.az-a istinadən  xəbər verir ki, məhkəmə CAS-ın (İdman Arbitraj Məhkəməsi) qərarının ləğvi və icrasının dayandırılmasını tələb edən İstanbul təmsilçisinin müraciətini araşdıraraq, sonda yekun qərarını verib.


Məhkəmə türk klubunun bu iddiasını yersiz sayaraq, bu haqda olan tələbini rədd edib. Və nəticədə UEFA-nım çıxarmış olduğu qərar qüvvədə qalıb.


Qeyd edək ki, oyun alqı-satqısında iştiraka görə İstanbul klubuna UEFA tərəfindən avrokuboklarda iştirakına qadağa qoyulmuşdu.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs