news Image
2014.09.23
17:54
| A A A
Reynaldo milləşdirilmir - AFFA-dan açıqlama

Bakıda "Mançester Yunayted"in futbol məktəbinin açılması münasibətilə bu gün "Bayıl Arena"da tədbir keçirilib.Apasport.az saytının məlumatına görə, tədbir haqda öncə AFFA-nın baş katibi Elxan Məmmədov danışıb."2 il ardıcıl "Mançester Yunayted"in yay futbol məktəbini təşkil etdik. Bu uğurlu layihənin nəticəsində azyaşlı futbolçularımız "Old Trafford"da məşq keçdi. Bu iki il ərzində aktiv fəaliyyətimiz nəzərə alınaraq, Bakıda "Mançester Yunayted"in məktəbinin açılması ilə bağlı müzakirələr getdi. Nəhayət, bu klubun futbol məktəbinin burda açılması qərara alındı" – deyə, baş katib bildirib.Məmmədov əlavə edib ki, AFFA-nın "Mançester Yunayted"lə bağladığı müqavilənin müddəti 4 illikdi: "Bu klubun Bakıdakı məktəbində 11 yaşadək futbolçular təhsil alacaq. Sonradan bu müqavilənin müddətini uzatmaq olar. Bu, bizim bağladığımız müqavilələr içərisində ən böyüyüdü".Baş katib apasport.az saytının müxbirinə açıqlamasında Reynaldonun milliləşdirilməsi ilə bağlı da danışıb: "Hələ ki, Reynaldonun milliləşdirilməsi ilə bağlı FİFA-ya müraciət etməmişik. Ona Azərbaycan pasportu verib millidə oynatsaq, FİFA tərəfindən cəzalana bilərik. Reynaldo Braziliyada doğulub, ata-anası və ya baba-nənəsinin Azərbaycanla heç bir bağlılığı yoxdu. Reynaldo dos Santos Silva adında azərbaycanlı olar? O, heç 5 il də burda çıxış etməyib ki, onu milliləşdirə bilək. Ona görə də hələ ki gözləmə mövqeyindəyik".Qeyd edək ki, 6 azərbaycanlı futbolçu artıq Yay Futbol Məktəbindən seçilib və "Old Trafford"da məşq etmək imkanı qazanıb.