Əlaqə Arxiv
news Image
2014.09.27
19:03
| A A A
"Neftçi" də Gürcüstana gedə bilər

Milli komandanın oyunları ilə bağlı olaraq yaranan fasilədən "Neftçi" də maksimum yararlanmaq niyyətindədir.

Movqe.az xəbər verir ki, klubun İnformasiya və İctimaiyyətlə əlaqələr üzrə Departamentinin rəhbəri Gündüz Abbaszadənin apasport.az saytına verdiyi xəbərə görə, planda qonşu Gürcüstana səfər var.

Amma bu plan reallaşmaya da bilər. Çünki klub rəsmiləri "Neftçi"dən hansı futbolçuların əsas milliyə və U-21-ə çağırıldığını bilmək istəyirlər. Buna uyğun olaraq plan tərtib olunacaq. Ola bilər ki, "Neftçi" hazırlıqları vətəndə davam etdirsin. İlkin plana görə, 2 yoxlama oyunu nəzərdə tutulub.

Qeyd edək ki, "Neftçi" sabah Topaz Premyer Liqasının VII turunda "Qarabağ"la qarşılaşdıqdan sonra 3 günlük istirahətə çəkiləcək. Oktyabrın 1-dən isə VIII turun "Sumqayıt"la səfər oyununun hazırlıqlarına start veriləcək

Sizin Reklam Yeriniz