Millimiz Xorvatiyanı məğlub etdi
İtaliyada keçirilən qadın voleybolçular üzrə dünya çempionatında bu
gün növbəti oyunlar keçirilib.
Movqe.az-ın qol.az-a istinadən xəbərinə görə, voleybolçu
qadınlardan ibarət Azərbaycan milli komandası Xorvatiya yığması ilə
qarşılaşıb.
E qrupunda iki xalla sonuncu pillədə qərarlaşan və növbəti
mərhələyə yüksəlmək şansı olmayan millimiz üçün bu oyun formal
xarakter daşıyıb. Oyun 3:1 hesabı ilə yığmamızın xeyrinə başa
çatıb.
4 oktyabr
E qrupu
23:00. Xorvatiya - Azərbaycan - 1:3 (25:23, 23:25, 13:25, 23:25)