"Avro-2016"nın seçmə mərhələsində II turun oyunları davam
edir.
Movqe.az Qol.Az-a istinadən xəbər verir ki, Azərbaycan millisi
seçmə mərhələdə ikinci matçına çıxıb.
Berti Foqtsun komandası Palermoda İtaliyanın qonağı olub. İlk
oyunda Bakıda Bolqarıstana 1:2 hesabı ilə uduzan millimiz bu
görüşdən xalla ayrılmağa çalışırdı. Lakin qrupun aşkar favoriti
olan İtaliya buna imkan verməyib. Görüş meydan sahiblərinin 2:1
hesablı qələbəsi ilə başa çatıb. Hər üç qolu Corcio Kyellini
vurub.
Xatırladaq ki, komandamız "Avro-2004"ün seçmə mərhələsində də
İtaliya ilə eyni qrupda mübarizə aparıb. Həmin vaxt millimiz evdə
rəqibinə 0:2, səfərdə isə 0:4 hesabı ilə uduzmuşdu.
10 oktyabr
"Avro-2016"nın seçmə mərhələsi, II tur
H qrupu
23:45. İtaliya - Azərbaycan - 2:1
Qollar:Kyellini, 44 (1:0), Kyelleini, 76-avtoqol (1:1), 83
(2:1)
Hakimlər:Hüseyin Göçek, Mustafa Eyisoy, Orkun
Aktaş və Serkan Ok
Palermo. "Renzo Barbera" stadionu.