Əlaqə Arxiv
news Image
2014.10.12
19:07
| A A A
Foqtsun mətbuat konfransının vaxtı açıqlandı

"Avro-2016"nın seçmə mərhələsində oktyabrın 13-də Osiek şəhərində keçiriləcək Xorvatiya – Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat üçün açıq məşqlərin və mətbuat konfranslarının vaxtı açıqlanıb.

Movqe.az Qol.Az-a istinadən verdiyi xəbərə görə, Berti Foqts və Niko Kovaçın oyundan bir gün əvvəl mətbuat nümayəndələrinin qarşısına çıxacaq.


Xorvatiya milli komandası

12 oktyabr, saat 17:00 – Mətbuat konfransı, "Qradski vrt" stadionu
12 oktyabr, saat 17:30 – Mətbuat üçün açıq məşq, "Qradski vrt" stadionu

Azərbaycan milli komandası

12 oktyabr, saat 12:30 – Mətbuat konfransı, "Osiyek" oteli, "Hrast" zalı
12 oktyabr, saat 19:00 – İlk 20 dəqiqəsi mətbuat üçün açıq məşq, "Gradski vrt" stadionu

Qeyd edək ki, saatlar yerli vaxtla göstərilib.

Sizin Reklam Yeriniz