news Image
2014.10.22
18:17
| A A A
Bu ulduz futbolçu oyun satıb

"Mançester Yunayted"in yay transfer pəncərəsində heyətinə qatdığı Ander Herreranın adı oyun alqı-satqısında hallanır. Movqe.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Hadisə onun "Saraqosa" klubunda forma geyindiyi zaman baş verib.

2010-2011 La Liqa mövsümünün son həftəsində oynanılan "Levante" - "Saraqosa" matçında qonaqların formasını geyən Herreranın oyun alqı-satqısı zamanı müəyyən məbləğdə pul alıb. Lakin sonradan onun pulu rəhbərliyə qaytardığı ortaya çıxıb.

Herreradan başqa bəzi futbolçuların da adları danışılmış oyunlarda hallanır. Bunlar "Atletiko"nun kapitanı Qabi, Leonardo Ponzio ("River Pleyt"), Karlos Dioqo ("Saraqosa"), Braulio Nobreqo ("Resre"), Doblas (HİK), Paulo da Silva ("Toluka"), Xorxe Lopes ("Kadiz") və Yaponiya millisinin baş məşqçisi Xavier Aqirredir.

Məlumat üçün bildirək ki, "Saraqosa" sözügedən matçda yalnız qalib gələcəyi təqdirdə, Primeroda qala bilərdi. Bu da baş verib, nəticə də onların istəyinə uyğun olub.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs