Əlaqə Arxiv
news Image
2014.10.25
17:06
| A A A
"Messini alqışlamamaq üçün təkəbbürlü olmaq lazımdır"

"Barcelona"da uğurlu karyeraya sahib olan Xristo Stoyçikov qarşıdakı "El Clasico"da Messinin məlum rekordu qırması ilə bağlı danışıb.Movqe.az Goal.az-a istinadən xəbər verir ki, keçmiş futbolçu bu axşam keçiriləcək qarşılaşmada "Barcelona"nın daha rahat olacağını bildirib.


"Barcelona"nın daha rahat oynayacağını düşünürəm. Çünki qapılarını toxunulmaz saxlaya biliblər. Suarez "Barca" üçün önəmli amildir. Əgər meydana çıxsa, stimul əıdə edəcək. Messi niyə də "Saniago Bernabeuda alqışlanmasın? Alqışlayanlar tapılacaq. Ronaldinyonu xatırlamaq kifayətdir. "Santiago Bernabeuda iki qol vurduqdan sonra Madrid azarkeşləri onu alqışlamışdı. Messi əfsanəvi oyunçudur. Onu alqışlamamaq üçün təkəbbürlü olmaq lazımdır. Məncə, argentinalının yerinə Kriştianu Ronaldo olsaydı, "Camp Nou"da alqışlanardı."

Sizin Reklam Yeriniz