Əlaqə Arxiv
news Image
2014.10.25
19:00
| A A A
"El Clasico"ya doğru bir neçə saat..

İspaniya La Liqasının 9-cu turunda çempionatın "şah əsəri" baş tutacaq. Söhbət "Real Madrid" və "Barcelona"nın iştirakı ilə keçiriləcək "El Clasico"dan gedir. Tərəflər La Liqa tarixində 169-cu dəfə üz-üzə gələcək. Ümumilikdə isə əzəli rəqiblər rəsmi oyunlarda 227 matça çıxıb. Bunların 91-də "Real", 107-də "Barcelona" qələbə qazanıb. 25 oyun bərabərliklə yekunlaşıb.Movqe.az Goal.az-a istinadən xəbər verir ki, "Barcelona"nın Primeroda qol buaxmaması və Messinin La Liqa qol kralı rekordunu yeniləməsi ehtimalı matçın prinsipiallığını daha da artırır.

İspan mediasının iddiasına əasən, komandaların təxmini sart heyətləri belə olacaq:


Real Madrid:İker Kasilyas, Daniel Karvaxal, Rafael Varan, Serxio Ramos, Marselo, Luka Modric, Toni Kroos, İsko, Xames Roriqez, Ronaldo, Karim Benzema


Barcelona:Klaudio Bravo, Dani Alveş, Xavier Maskerano Jordi Alba, Jeremi Matye, İvan Rakitiç, Serxio Buskets, Andres İniesa, Neymar, Messi, Suarez


Oyun öncəsi keçirilən mətbuat onfransında "Real"ın çalışdırıcısı Karlo Ançelotti uelsl futbolçu Qaret Beylin oyuna hazır olmadığını bildirib. Lakin daha öncə "Cadena" televiziyasında qonaq olan italyan Beylin oynayacağını bildirmişdi. "Real Madrid"də digər bir zədə Fabio Koentrau ilə əlaqədardır. Əvəzində Pepe və Serxio Ramos dueti müdafiənin mərkəzində yer alacaq.

Barcelona"da isə ciddi itki yoxdur. Əksinə, FİFA tərəfindən verilmiş 4 aylıq cəza müddətini başa vuran Luis Suarez "Barceloa"nın rəsmi oyunlarında debüt etmək şansı qazanıb.




Xatırladaq ki, matç Bakı vaxtı ilə saat 1:00-da start götürür.


Sizin Reklam Yeriniz