Əlaqə Arxiv
news Image
2014.10.26
20:06
| A A A
PSG cənubi amerikalıların qolları ilə qalib gəldi

Fransa 1-ci Liqasında 11-ci tur start götürüb. Həftə içi çempionlar liqasında APOEL-i minimal hesabla məğlub edən PSG hesabat turunda "Bordeaux" klubunu qəbul edib. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, Loran Blanın rəhbərlik etdiyi kollektiv inamlı qələbə qazanıb.


Matçın ilk hissəsi çox gərgin keçib. Bunun məntiqi nəticəsi kimi 28-ci dəqiqədə PSG-dən Qreqori van der Vil, 11 dəqiqə sonra isə qonaqlardan Andre Biyoqo Poko birbaşa qırmızı vərəqə alaraq meydanı vaxtından əvvəl tərk etməli olub. Birinci hissənin son saniyələrində Lukas Mura "jirondistlər"in qapısına təyin olunmuş penaltini dəqiq yerinə yetirərək hesabı açıb. Fasilədən sonra braziliyalı yarımmüdafiəçi növbəti penaltini qola çevirib. Mura 50-ci dəqiqədə komandasının üstünlüyünü 2 topa çatdırıb. Matçda son nöqtəni Ezekiel Lavezzi qoyub. Argentinalı hücumçu, Matuidinin ötürməsini Sedrik Karrassonun qapısıdan keçirib.

PSG3-0Bordeaux

Lukas Mura (pen. 45, 50)

Ezekiel Lavezzi (81)


Bu qələbədən sonra parislilər turnir cədvəlində 21 xal toplayaraq 2-ci pillədə qalıb. "Bordeaux" isə 18 xalla 4-cü pilləyə enib.

Sizin Reklam Yeriniz