news Image
2014.10.29
17:22
| A A A
Azərbaycan şahmatçıları 5 medal qazandı

Batumi şəhərində 8-18 yaşlı oğlan və qızlar arasında şahmat üzrə Avropa çempionatına yekun vurulub.Movqe.az xəbər verir ki, çempionatda Avropanın 45 ölkəsindən 1000-ə yaxın şahmatçı qələbə uğrunda mübarizə aparıb. Azərbaycanın gənc şahmatçıları hər il olduğu kimi bu çempionatda da medallar uğrunda mübarizədə əsas namizədlərdən biri olub. Çempionatın nəticələrinə görə ölkəmizin gənc şahmatçıları 5 medal (2 qızıl, 1 gümüş və 2 bürünc) qazanıblar. On səkkiz yaşlı qızlar arasında 9 oyundan 8 xal toplayan Gəncə şahmat məktəbinin yetirməsi Ülviyyə Fətəliyeva çempionatın qurtarmasına 1 tur qalmış qızıl medalı özünə təmin edib. On yaşlı qızlar arasında sumqayıtlı İsmayıl Mələk çempion olmaq üçün son turda 1-ci yerdə gedən Estoniya şahmatçısına qalib gəlməli idi, o gərgin mübarizədə buna nail olub. Son turda 12 yaşlı qızlar arasında Bakı şahmatçısı Gövhər Beydullayeva gərgin mübarizədə qalib gələrək gümüş medal qazanıb. Eyni vəziyyət 16 yaşlı qızların yarışında da yaşanıb. Şahmatçımız Aydan Höccətova son turda tanınmış Rusiya şahmatçısı əmsala görə çox üstün olan beynəlxalq usta Dvodzieva ilə qara fiqurlarla oynayıb. Əzmkarlıq nümayiş etdirən Aydan parlaq qələbə qazanaraq bürünc medala sahib olub. Nəhayət, 14 yaşlı oğlanların yarışında Naxçıvan şahmat məktəbinin nümayəndəsi Pərviz Qasımov son turda əmsala görə özündən 350 bal üstün olan belaruslu Nikitenkonu məğlub edərək muxtar respublikaya Avropa çempionatından bürünc medal gətirən ilk şahmatçı olub. Bu qələbə ilə o, ermənistanlı Martivosyanı 3-cü yerdən məhrum edib. Azərbaycan komandası ümumi komanda hesabında 45 ölkə arasında Rusiyadan sonra 2-ci olub.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs