Maradonadan sərt sözlər
Movqe.Az bildirir ki, Qatar liqası
qrupundan "Al Wasl" komandasındakı baş məşqçi vəzifəsinə son
verilən argentinalı futbolçu Dieqo Maradona, ölkəsinin
komandalarından biri olan "Boca Juniors"dan ayrılan Roman
Riquelmeyi xainlikdə təqsirləndirib. 51 yaşlı məşqçi, "Riquelmenin
bu davranışı edəcəyini kimsə gözləmirdi. "River Plate" bu səbəblə
çətin vəziyyətdə qaldı. Eynilə bir xain kimi davrandı." sözlərini
deyib.