Əlaqə Arxiv
news Image
2012.04.11
13:15
| A A A
"Bəxt bizim tərəfimizdə deyildi"

"Maraqlı oyun oldu. Meydanda bərabər səviyyəli mübarizə gedirdi. Bakıda olduğu kimi, oyunumuzdan razı qaldıq". Qol.Az-ın məlumatına görə, bu sözləri futzal üzrə Azərbaycan milli komandamızın baş məşqçisi Joze Alesio Da Silva deyib. Braziliyalı mütəxəssis dünya çempionatının "play-off" mərhələsinin cavab matçı çərçivəsində Rusiya ilə qarşılaşdıqları oyun barədə daha sonra bunları bildirib: "Komandamız haqda heç bir pis fikir deyə bilmərəm, yalnız xoş sözlər söyləyə bilərəm. Oyunçularımız xarakter, əzmkarlıq göstərdilər. Oyun sona kimi gərgin alındı və şansımız axıra qədər qalırdı. Ancaq bu oyunda bəxt bizim tərəfimizdə deyildi və buna görə də mərhələ adlaya bilmədik. Mən yalnız nəticəyə görə üzülürəm". Qeyd edək ki, Bakıda rəqibinə 2:3 hesabı ilə uduzan millimiz cavab matçında 2:2-lik bərabərə qalaraq DÇ-nın final mərhələsinə vəsiqə qazana bilməyib.


Sizin Reklam Yeriniz