Əlaqə Arxiv
news Image
2012.07.24
16:31
| A A A
"Fransa Velosiped Turu" sona çatdı
Bredli Uiggins 99 illik yarışı qazanan ilk britanyalı olmağı bacardı. Movqe.Az bildirir ki, 30 iyunda Belçikanın Liej şəhərində başlayan Fransa Velosiped Turu sona çatıb.

Britanyalı Bredli Uiggins 99 illik tarixi yarışı 1-ci sırada tamamlayan ilk britanyalı velosipedçi olub.

Uigginsi komanda yoldaşı Kristofer Frum izləyib. Beləcə "Team Sky"ın iki velosipedçisi də kürsüdə iştirak edib. Podiuma çıxan son ad italyan velosipedçi Vinçenzo Nibali olub.

Uiggins "uşaqlıq xəyalım" dediyi yarışda sarı formanı geyməyi bacarıb. Yarışı 5-ci sırada tamamlayan amerikalı Van Qarderen ən yaxşı çıxış edən gənc idmançı adını alıb və ağ formanı qazanıb. Keçən ilin çempionu avstraliyalı velosipedçi Kadel Evans isə yarışı 7-ci sırada tamamlayıb.

Sizin Reklam Yeriniz