news Image
2012.07.24
17:23
| A A A
Azərbaycanın olimpiya yığmasının üzvləri London Yay Olimpiya Oyunlarına yola salınıb - FOTOLAR
Bu gün Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycanın olimpiya yığması üzvlərinin London Yay Olimpiya Oyunlarına yola salma mərasimi keçirilib. APA-nın məlumatına görə, olimpiyaçılarımızı yola salmaq üçün hava limanında çoxlu insanlar toplaşıb. Onlar olimpiyaçılarımıza uğurlar diləyiblər.
Qeyd edək ki, bu gün Londona olimpiyaçılarımızın yalnız bir hissəsi yola salınıb. İlk olaraq boksçular, üzgüçülər, qılıncoynadanlar, atletlər, cüdoçular və ağır atletlər səfərə çıxıblar. Olimpiya yığmamızın digər üzvləri isə 3 qrup şəklində 26 iyul, 2 avqust və 4 avqustda Londona yola salınacaq. Nümayəndə heyətində olimpiya çempionlularımızdan Zemfira Meftahəddinova, Nazim Hüseynov, Rəfiqə Şabanova, Lyudmila Şubina da təmsil olunur. İdmançılarımızı yola salanlar arasında Olimpiya Oyunlarının bürünc mükafatçıları, boksçular Şahin İmranovla Fuad Aslanov, paralimipiya çempionu İlham Zəkiyev, müxtəlif federasiyaların rəsmiləri də olublar. 
Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin rəhbərliyi də olimpiyaçılarımızın yanında olaraq, xatirə şəkli çəkdiriblər. Nümayəndə heyətimizi aparan təyyarə saat 13:30-da havaya qalxacaq.
Qeyd edək ki, akademik avarçəkənlərimiz Natalya Mustafayeva və Aleksandr Aleksandrov artıq Londondadır, onlar məsul turnirə son hazırlıqlarını keçirirlər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs