news Image
2012.07.25
19:25
| A A A
London Olimpiya kəndində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib
Bu gün Bakı vaxtı ilə saat 15.30-da (London vaxtı ilə saat 11.30) Londondakı Olimpiya kəndində Azərbaycan bayrağının qaldırılması mərasimi olub.
Apasport.az saytının məlumatına görə, mərasimdə Azərbaycan nümayəndə heyətinin üzvləri - gənclər və idman naziri Azad Rəhimov, onun müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, London Olimpiya yığmamızın şef de-missionu İlham Mədətov, digər rəsmi şəxslər və idmançılar iştirak ediblər.
Mərasimi London Olimpiya kəndinin meri açıq elan edib. O, Azərbaycan nümayəndə heyətini salamlayıb və onlara uğurlar arzulayıb.
Bundan sonra Azərbaycan nümayəndə heyətinin şef de-missionu İlham Mədətov tribunaya dəvət olunub. Olimpiya kəndində Beynəlxalq Olimpiya Komitəsinin bayrağı qaldırıldıqdan sonra himnimizin sədaları altında üçrəngli bayrağımız qaldırılıb. Daha sonra İlham Mədətov bütün ölkələr üçün ayrılan xatirə kitabına öz imzasını atıb.
Qeyd ki, iyulun 27-də start götürəcək London Yay Oyunları Olimpiadasında Azərbaycan yığması 53 idmançı ilə təmsil olunur.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs