news Image
2012.04.11
12:58
| A A A
Zaqreb “Dinamo”su yenə “Neftçi”ni gözləyir

"Neftçi" klubu futbol üzrə Unibank Premyer Liqanın qalibi olacağı halda, Çempionlar Liqasının II təsnifat mərhələsində yenidən Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası ilə üz-üzə gələ bilər. "Dinamo" Xorvatiya çempionatının sonuna 5 tur qalmış qızıl medalları təmin edib. Hazırda Zaqreb təmsilçisi ən yaxın izləyicisi "Hayduk"u 15 xal qabaqlayır. Çempionatın yekununda bu iki komandanın xalları bərabərləşsə belə, şəxsi oyunlarda üstünlük "Dinamo"nun tərəfindədir. "Neftçi" isə ardıcıl 2-ci mövsüm Azərbaycan çempionu olmağa çox yaxındır. Flaqman finişə 5 tur qalmış ən yaxın izləyicisi "Xəzər Lənkəran"ı 6 xal qabaqlayır. Yenidən qızıl medal qazanacağı halda "ağ-qaralar" Çempionlar Liqasının II təsnifat mərhələsindən mübarizəyə başlayacaqlar. Bu zaman potensial rəqiblər arasında Zaqreb "Dinamo"su da olacaq. Qeyd edək ki, 2011-2012-ci il mövsümündə Çempionlar Liqasının II təsnifat mərhələsində "Neftçi" Zaqrebdə "Dinamo"ya 0:3 hesabı ilə uduzsa da, evdə 0:0 hesablı heç-heçə ilə kifayətlənərək mübarizəni dayandırıb.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs