news Image
2012.07.26
15:05
| A A A
Big Benin zəngləri Olimpiada üçün çalacaq

Movqe.Az xəbər verir ki, Londondakı Big Ben saat qülləsinin zəngləri, sabah səhər 2012 Olimpiadalarının başladığını müjdələmək üçün üç dəqiqə boyunca aralıqsız çalacaq.

İngiltərənin paytaxtı Londonda Parlament Binasının "Big Ben" adıyla tanınan saat qülləsinin zəngləri, Cümə günü səhəri olimpiadaların başladığını müjdələmək üçün üç dəqiqə boyunca aralıqsız çalacaq.

"Westminster Sarayı" zənglərin səhər yerli saatla 08:12də tam 42 dəfə çalmasını təsdiq edib.

Galler, Şimal İrlandiya və Şotlandiya Parlamentlərinin saat qüllələri də eyni saatda çalamağa başlayacaq.

İngiltərədə ən son Kral 6-cı Corcun cənazəsi zamanızənglərin normaldan uzun çalınmasına icazə verilmişdi.

Cümə günkü fəaliyyət isə əslində bir incəsənət layihəsidir. İngiltərə daxilində hər kəsin eyni saatda, hər hansı bir zəngi basması qəbulediləndir. Bu sayədə dünya rekordu qırılması ehtimalı da var.

Big Ben əslində saat qülləsindəki 13,5 tonluq zəngin adıdır. Amma uzun bir müddətdir saat qülləsinin özünə Big Ben deyilir. Qüllənin yerləşdiyi "Westminster Sarayı" 1860-cı ildə yenidən tikilib.

O dövrdə sarayın bir qülləsinə 63 il iqtidarda qalan Kraliça Viktorianın adı verilmişdi. Viktoria, İngiltərə tarixində ən uzun müddət iqtidarda qalan hökmdardır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs