news Image
2012.07.26
17:48
| A A A
Olimpiada-2012-nin rəsmi saytında Bakı Rusiya şəhəri kimi göstərildi -QALMAQAL
Azərbaycan nümayəndə heyəti məsələni araşdıracaq

2012-ci il London Yay Olimpiya Oyunlarının təşkilatçıları Azərbaycanla bağlı kobud siyasi səhvə yol veriblər. Lent.az-ın məlumatına görə, www.london2012.com saytında Bakı şəhəri Rusiya ərazisi kimi göstərilib. 

Həm də bu yanlışlıq Rusiya milli komandası adından çıxış edən erməni boksçu David Ayrapetyanla bağlı göstəricilərdə əksini tapıb. Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və London olimpiadasında Azərbaycanın şef de-missionu İlham Mədətov Lent.az-a açıqlamalarında məsələdən xəbərsiz olduqlarını bildiriblər. Onlar günün sonunadək məsələni araşdıracaqlarını və yanlışlığın aradan qaldırılmasına çalışacaqlarını söyləyiblər. 

Qeyd edək ki, analoji hallarla Rusiya yığmasının güləşçiləri Besik Kuduxov və Denis Tsarquş, eləcə də Ukrayna, Belarus, Qazaxıstan ərazilərində doğulmuş idmançılarla bağlı məlumatlarda da rastlaşmaq olar. Pəhləvanların doğum yeri Cənubi Osetiya və Abxaziya Rusiya ərazisi kimi göstərilib. Artıq Gürcüstan Milli Olimpiya Komitəsi onların doğum yerinin dəyişdirilməsini tələb edib. Ukrayna nümayəndə heyəti isə XXX Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsini Rusiya olimpiya yığmasının üzvləri barədə məlumatlardakı səhvləri təcili düzəltməyə çağırıb. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs